Bilik Günü

Sentyabrın 15-i məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Taleh Quliyev qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi Səmayə xanım və Bakı Şəhəri üzrə Təhsil İdarəsnin baş məsləhətçisi Rəhman Baxşəliyev,bilik Fondunun nümayəndəsi Ramila xanım və digər qonaqlar iştirak edib. Tədbir şagirdlərin hazırladıqları bir-birindən maraqlı çıxışları, müxtəlif şeir və rəqs nümünələri ilə davam edib və sonda "İlk zəng" çalınıb