PEDAQOJİ ŞURA İCLASİ KEÇİRİLDİ

Sentyabrın 12-i məktəbin akt zalında 2018/2019-cu tədris ilinə hazırlığın vəziyyətinə həsr edilən ilk Pedaqoji Şuranın iclası keçirilib.Tədbirdə məktəbin rəhbər işçiləri, pedaqoji heyəti iştirak edib. İclası giriş sözü ilə məktəbin direktoru Taleh Quliyev açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. İlk öncə ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər iclas iştirakçılarına təhlil edilib. Növbəti tədris ilində qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılıb.