"AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİXİ" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Mayın 23-ü məktəbin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Həziyevanın təşkilatçılığı ilə keçirildi. Şagirdlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən geniş və ətraflı bəhs etdilər.