17 may - Laçın rayonunun işğalı günü

18 may 2018-ci il tarixdə məktəbdə Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğal günü ilə bağlı ingilis dilində tədbir keçirildi. Tədbiri məktəbin ingilis dili müəllimi Cəmilə Məmmədova hazırladı. Şagirdlər 1992-ci il may ayının 17-18-də erməni işğalçılarının rayonun yüzlərlə mədəni-məişət obyektlərinin, onlarla qəsəbə, kənd və tarixi abidələrinin dağıdılmasından, İşğal nəticəsində öz yurdundan didərgin düşmüş vətəndaşlardan və həlak olmuş hərbi və mülki şəxslər barədə məlumatlar verdilər. Şagirdlər daha sonra bildirdilər ki, bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!