BU QƏLƏBƏYƏ GÖRƏ ONU TƏBRİK EDİRİK

Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Qaradağ rayonu “Neftçi İdman Klubu” ictimai birliyinin təşkilatçılığı ilə keçirilmiş Şahmat turniri yarışında məktəbimizin VII A sinif şagirdi Ağayev İlham Sarvan oğlu I yer tutaraq, diplom və sertifikatla təltif olunmuşdur. Biz də öz növbəmizdə bu qələbəyə görə İlhamı təbrik edir və uğurlar arzulayırıq.