"Ulu bir sərkərdə, ulu bir öndər"

03 may 2018-ci il tarixində məktəbimizdə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə "Ulu bir sərkərdə, ulu bir öndər" adlı dəyirmi masa keçirildi. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi .Tədbir məktəbin tarix müəllimi Sultan Bayramova və kitabxana müdiri Təranə Qafarovanın təşkilatçılığı ilə hazırlanmışdı. Şagirdlər Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məruzələr oxuyaraq, Ulu öndərə həsr olunmuş şeirlərlə çıxış etdilər.