"Həyat gözəl" adlı biologiya gecəsi

21 aprel 2018-ci il tarixdə məktəbin akt zalında "Həyat gözəldir " mövzusunda biologiya gecəsi tədbiri keçirildi. Tədbirin təşkili məktəbin biologiya müəllimi Səma Rüstəmova tərəfindən hazırlanmışdı.Tədbirə məktəbin şagirdləri, rəhbərlik nümayəndəsi və müəllimlər dəvət olunmuşdu. Səma Rüstəmova mövzuya aid videoları və hazırladığı slaydları şagirdlərlə birgə təqdim etdi. Maarifləndirici mövqe daşıyan bu gecədə şagirdlər Azərbaycan təbiətinə məxsus dərman bitkilərinin növlərindən,vitamin mənbəyi meyvələrin əhəmiyyətindən,sağlamlığa təsir edən zərərli vərdişlərdən,biologiya elm sahələri haqqında geniş məlumlatlar verərək,tədbirdə səhnəciklər, rəqslər,şeirlər və musiqilər ifa etdilər.