Novruz Bayramı. Birlik, qardaşlıq bayramı, xalq şənliyidir

Martın 16-ı məktəbin ibtidai sinif müəllimi Gülşən Qarabağlının təşəbbüskarlığı ilə 3”ç” şagirdlərinin təqdimatında "Novruz Bayramı. Birlik, qardaşlıq bayramı, xalq şənliyidir." mövzusunda tədbir keçirildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Süleymanova novruz bayramının əsas tərkib hissəsi olan çərşənbə axşamları, baharın gəlişi barədə şagirdlər qarşısında geniş çıxış etdi.Daha sonra şagirdlər hazırladıqları səhnəcikləri nümayiş etdirdilər.