Qarabağ Müharibəsi Veteranları və Əlilləri İctimai Birliyinin nümayəndələri ilə görüş

12 mart 2018-ci il tarixdə məktəbimizdə Qaradağ rayonu Qarabağ Müharibəsi Veteranları və Əlilləri İctimai Birliyinin nümayəndələri ilə məktəbin müəllim və şagird kollektivinin görüşü baş tutdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Taleh Quliyev açaraq gələn qonaqları şagirdlərə təqdim etdi. Tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Babaşova və Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Əşrəfova və Gülnarə Məmmədova təşkil etdi. Tədbirdə şagirdlər bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirin sonunda Qaradağ rayonu Qarabağ Müharibəsi Veteranları və Əlilləri İctimai Birliyi tərəfindən Tamilla Babaşova, Kəmalə Əşrəfova,Məlahət Budaqova, şagirdlərdən isə Nərmin Alışanlı, Röya Cavadova, Səbinə Hüseynli və Cəfər Səfərli fəxri fərmanla təltif olundular.