IX SİNİFLƏRDƏ SINAQ QİYMƏTLƏNDİRİLMƏSİ APARILIB

Fevralin 24- ü məktəbdə IX sinif şagirdlərinin Ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji- psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə sınaq qiymətləndirilməsi aparılıb. Sınaq qiymətləndirilməsi saat 10 00- da başlayıb, 12 00- da başa çatıb. Monitorinqdə nəzarətçi- müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri- ixtisas fənlərindən təyin olunub. Hər bir fənn üzrə 30 sual olmaqla 2 variantda sual kitabçaları tərtib olunmuşdur. Şagirdlərə cavab kartlarının doldurulması qaydası əvvəlcədən sinif rəhbərləri tərəfindən izah olunduğuna görə heç bir çətinlik yaranmayıb. İmtahan vaxtında yekunlaşmış və nəzarətçi- müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunmuşdur