“20 YANVAR XALQIMIZIN QƏHRƏMANLIQ SƏLNAMƏSİDİR”

1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Bununla əlaqədar olaraq məktəbimizdə hər il olduğu kimi bir sıra tədbirlər keçirilməkdədir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Məmmədovanın təşkilatçılığı ilə 5"A" sinfində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib. Şagirdlər tərəfindən faciəni özündə əks etdirən rəsm əsərləri və divar qəzetləri hazırlanaraq xüsusi ayrılmış guşələrdə nümayiş etdirilib.
Yanvar ayında bütün siniflərin "Sinif divar qəzetləri" 20 Yanvar faciəsinə həsr olunub.