NARKOTİK BƏŞƏRİYYƏTİN BƏLASIDIR, ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK!

Bu gün Qaradağ rayonu 288 nömrəli tam orta məktəbdə narkomaniya və onun fəsadları mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik İdarələrinin əmakdaşları, Qaradağ rayon polis idarəsinin aidiyyəti xidmət əmakdaşları, məktəbinin müəllim və şagird heyəti iştirak etdilər.Tədbirdə iştirakçılara narkomaniyanın cəmiyyətə vurduğu zərər, onunla mübarizə yolları, narkotik maddələrin istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri, narkomaniyanın insan orqanizminə məhvedici təsiri, narkomaniyaya düçar olmuş şəxslərin müalicəsi, erkən müalicənin labüdlüyü, narkomaniyanın insan psixologiyasında və ailə həyatında yaratdığı fəsadlar barədə ətraflı məlumat verildi.