AZƏRBAYCAN UŞAQLARININ IV ÜMUMRESPUBLİKA FORUMU

Azərbaycanda uşaqların müdafiəsi və inkişafı sahəsində qazanılan nəaliyyətləri, mövcud problemləri, zəruri tədbirləri nəzərdən keçirmək məqsədilə 20 noyabr 2017-ci il tarixində keçirilən Azərbaycan uşaqlarının IV Ümumrespublika Forumunda məktəbimizin XI sinif şagirdləri Hüseynli Səbinə və Qocayeva Türkan iştirak etmişdir. Forumda Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova çıxış etmiş , Azərbaycan uşaqlarının IV Ümumrespublika Forumunun bəyannaməsi qəbul olunmuşdur. Həmçinin Forum nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Azərbaycan uşaqları adından silahlı münaqişədən əziyyət çəkən uşaqların müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatın mətni oxunmuşdur.