ŞAGİRDLƏRİMİZİN GƏNCƏ-ŞƏMKİR-GÖYGÖL RAYONLARI ÜZRƏ TUR-AKSİYASI UĞURLA BAŞA ÇATIB.

Məktəbimizin əlaçı, istedadı ilə seçilən nümunəvi 9-10 -11 ci sinif şagirdlərindən Hacıyev İlkin Nahid oğlu , Tağızadə Nazlı Bəkir qızı, Sanılı Yetər Yavər qızı və Şirinov Sərdar Novruz oğlu noyabrın 16-dan 19-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı şagirdlərimizə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında geniş məlumatlar verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib.