“Mənim üçrəngli bayrağım”

08 noyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “9 noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda Qaradağ rayon məktəbliləri arasında inşa-yazı, rəsm və şeir müsabiqələrinin final mərhələsi keçirildi.Tədbir Heydər Əliyev Mərkəzinin foyesində, girişdən solda qövsvari formada rayon məktəblilərinin işlərindən ibarət “Mənim üçrəngli bayrağım” mövzusunda rəsm sərgisinə baxış və qiymətləndirilməsi ilə başladı. Məktəbimizin 8v sinif şagirdi Mürsəlov Nihat Hilal oğlu Rəsm müsabiqəsində münsiflər heyətlərinin qiymətləndirmələri əsasında I yer tutaraq qalib müəyyən edildi və mükafatla təltif olundu. Eləcə də “9 noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda inşa-yazı, rəsm və şeir müsabiqəsinin təşkili və keçirilməsində fəal iştirakına görə məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Jalə Qədirova Fəxri Fərmanla təltif edildi.