BİLİK GÜNÜ-2017

15 sentyabr 2017-ci il tarixində Qaradağ rayonu 288 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cahangir Süleymanov qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusundan geniş mühazirə ilə çıxış etdi. Sonra məktəbin direktoru Cahangir müəllim 2016-2017-ci tədris ilində 288 №-li məktəbin qazandığı uğurlar haqqında məlumat verdi.Bu il məktəbə gələn birinci siniflərə və məktəbi bitirəcək on birinci siniflərə uğurlar arzuladı. Tədbirin sonunda ilk zəng vuruldu.İlk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular.