MƏZUNUMUZ “QIZIL MEDAL”LA TƏLTİF OLUNDU

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, bu il ümumi təhsil müəssisələrinin 154 məzunu qızıl medal ilə təltif olunub. Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən Məhərrəmova Nilgün Tarix qızı böyük sevinc hissi ilə deyə bilərik ki, bizim məktəbin məzunudur. 2016/ 2017- ci tədris ilində məktəbin XI (on birinci) sinfini bitirmiş, X və XI siniflərdə illik qiymətləri 5 (beş) olan, IX sinifdə oxuyarkən Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yer tutmuş və “Gümüş medal”la təltif olunmuş Məhərrəmova Nilgün Tarix qızına tam orta təhsil haqqında Xüsusi nümunəli attestat (Qızıl medal) verildi. Nilgün qazandığı bu uğura, mükafata görə çox sevindiyini və əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Məktəb rəhbərliyi adınan məzunumuzu təbrik edir, həyat yollarında uğurlar arzu edirik.