SON ZƏNG!

Bu gün Qaradağ rayonu 288 nömrəli tam orta məktəbin həyətində təntənəli "Son zəng" tədbiri keçirildi. Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Cahangir Süleymanov açdı. O, Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan, bu sahədə gedən inkişaf proseslərindən danışdı və məzunlara arzu, tövsiyyələrini bildirdi. Rayon İcra Hakimiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəbə dəvət olunan qonaqlar üçün əyləncəli proqram təşkil edildi.