"Sağlam həyat tərzi”

“Təhsili dəyərə çevirək” devizi altında " Ekoloji aylıqlar" lahiyəsi davam edir. Bu ayın mövzusu olaraq nəzərdə tutulmuş “Sağlam həyat tərzi” mövzusu ətrafında məktəbimizdə müxtəlif məzmunlu tədbirlər keçirildi. Siniflərdə bu mövzu ətrafında geniş müzakirələr aparıldı,divar qəzetləri çıxarıldı,elektron təqdimatlar nümayiş etdirildi, eyni zamanda açıq dərslər keçirildi. Bu günün aktual problemi olan zərərli vərdişlər və insan orqanizminə təsiri,törətdikləri xəstəliklər ,onlarla mübarizə üsullarını şagirdlər arasında təbliğ etmək və zərərli vərdişlərdən yayındırmaq məqsədilə 8b sinifində “Zərəli vərdişlərə yox deyək” mövzusunda biologiya müəllimi Rüstəmova Səma tərəfindən açıq dərs keçirildi. “Sağlam həyat tərzi” mövzusunda da tədbir keçirildi.