“Narkotik Bəşəriyyatın Bəlasıdır”

Mayın 14-də Qaradağ Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elşad Şahbazov və İdarənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis kapitanı Cavid Amanov həmin bölmənin inspektorları, polis mayoru Ramil Hacıyev, polis kapitanı Faiq Mayılov və 10-cu polis şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis leytenantı Atabəy Mənsumzadə orta məktəbdə təhsil alan şagirdlər ilə görüşüb onlara “Narkotik Bəşəriyyatın Bəlasıdır” mövzusunda mühazirə oxuyub, diskussiyalar apardılar. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırıldı.