"Milli dəyərlərin qorunmasında gəncliyin rolu" mövzusunda maarifləndirici tədbir

Aprelin 28-də məktəbimizdə sosial-pedaqoq Zəminə Mustafayevanın təşəbbüsü, millət vəkili Ceyhun Məmmədov, Qaradağ RİH-in şöbə müdiri, məşhur 91-lərdən biri, Turan Elmlər Akademiyasının akademiki Munis Bayramov, psixoloq Rəvan Sultanın iştirakı ilə şagirdlərlə "Milli dəyərlərin qorunmasında gəncliyin rolu" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayıblar ki, vətənpərvərlik təkcə Vətəni sevmək demək deyil, həm də Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Bunun üçün də gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizə söykənmək vacibdir. Dövlətimiz gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət göstərir