Nümunəvi Dərs Keçirildi

Martın 15-də məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəbin 10 c və 10 t sinfində nümunəvi dərs keçirildi. Dərsdə məktəbin direktoru Aygün Hüseynova, təlim -tərbiyə işləri üzrə direktor müavini Aygün Əsədova, Şəhla Mirzəyeva , Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika üzrə fəlsəfə elmləri doktoru Əsgərov Dünyaməddin və fizika üzrə fəlsəfə doktoru Abbasov İbrahim, məktəbin fizika müəllimləri Məmmədova Ulduz,Məmmədova Afət iştirak etdilər. Dərslər universitetlə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.