"Təhsili dəyərə çevirək"devizi altında "Ekologiya və sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsinin davamı olaraq "Alternativ enerji" mövzusu ətrafında araşdırma,fəaliyyət və müxtəlif məzmunlu tədbirlər məktəbimizdə həyata keçirilir. 17 mart 2017-ci il tarixdə VIII-E sinfində fizika fənnindən "Alternativ enerjidən istifadə müasirlikdir,alternativ enerji mənbələri" mövzusunda Ağasıyeva Nərgiz müəllimə tərəfindən açıq dərs keçirilmişdir. Şagirdlər bununla bərabər məktəbin həyətində ağaclar əkdilər.