"Kiçik Akademiya"nın elmi işlərinin təqdimatı keçirildi

Yanvarın 24-də məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın elmi işlərinin təqdimatı keçirildi. "Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında yaradılmışdır. "Kiçik Akademiya" üzvləri maraqlı elmi işlərin tədqiqatını apardılar. Onların elmi işləri əvvəlcədən elan olunmuş meyarlar üzrə qiymətləndirildi.