“NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

Yanvarın 23-də məktəbdə "Narkomaniya bəşəriyyətin bəlası" mövzusunda tədbir keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin direktoru Elçin Abbasov, Qaradağ rayon Polis İdarəsinin əməkdaşı Ramil Hacıyev , məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak etdi. Şagirdlərə narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışıb, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin umumdövlət işi olmaqla yanaşı umumxalq işi də olduğunu vurğuladılar. Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etdilər. Sonra tədbir diskussiya şəkilində davam etdirildi.