BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ KEÇİRİLDİ

Yanvar ayının 11-25 tarixlərində məktəbdə IV-XI siniflərdə 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirildi. Böyük summativ qiymətləndirmənin keçirilməsi ilə bağlı dekabr ayında məktəb direktorunun əmri ilə böyük summativ qiymətləndirmənin materiallarını hazırlamaq üçün məktəb rəhbərliyi, metodbirləşmə rəhbərlərindən ibarət komissiya yaradılmışdır. Məktəb rəhbərlərinin nəzarəti ilə böyük summativ qiymətləndirmə keçirildi.