Polis Akademiyasının əməkdaşları ilə görüş keçirildi

Yanvarın 18-də məktəbdə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının əməkdaşları ilə məktəbin IX-XI sinif şagirdlərinin görüşü keçirildi. Görüşdə əməkdaşlar tərəfindən gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi, Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Daha sonra gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, sağlam ruhda böyümək üçün lazımi tövsiyələr olunmuşdur.