"Gəncliyin ilk baharı" mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparıldı

Yanvarın 8-də məktəbin psixoloqu Sürayə Bayramova və Günel Ağayeva tərəfindən IX sinifdə təhsil alan qız şagirdlərlə “Gəncliyin ilk baharı" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə yetişkənlik dövrünün əsas əlamətləri psixoemosianal və davranış dəyişiklikləri, yeniyetmələrdə baş verən bioloji və fizioloji dəyişikliklər haqqında məlumatlar verildi.