Ulu Öndəri hörmətlə anırıq

Dekabrın 11-də məktəbin kitabxana müdiri Təranə Qafarovanın və kitabxanaçı Könül Xıdırovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa” keçirildi. Şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət haqqında ətraflı məlumat verildi. Şagirdlər ümummilli liderin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu,demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti, həmçinin elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlər barədə məlumatlandırıldılar. “Heydər Əliyev dühası”, "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" bu kimi digər mövzularda şagirdlər ulu öndərə həsr olunan təqdimatlar hazırlamışlar.Təqdimatlarda şeirlər söyləyib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirdilər.