6 G sinfində nümunəvi dərs keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Dekabr ayı məktəbdə riyaziyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına uyğun olaraq məktəbin riyaziyyat müəllimi Xatirə Rəsulova tərəfindən 6 G sinfində nümunəvi dərs keçirilmişdir.