6-cı siniflərdə Azərbaycan dili fənnindən monitorinq keçirildi

Noyabrın 28-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Əsədovanın nəzarəti ilə 6-cı siniflərdə Azərbaycan dili fənnindən monitorinq keçirildi. Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin müvafiq standartlar üzrə bilik, bacarıqlarının hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və bu istiqamətdə tədbirlərin görülməsidir.