"Mən və mənim əhatəm " mövzusunda məşğələlər aparılıb

23-27 noyabr tarixlərində məktəbin psixoloqu Sürayə Bayramova tərəfindən reproduktiv sağlamlığa dair 8-ci siniflərdə "Mən və mənim əhatəm" mövzusunda məşgələlər keçirilmişdir. Şagirdlərə dostluğun onlar üçün əhəmiyyəti barədə, dostluq və dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri kimi suallar ünvanlandı. Şagirdlər anonim şəkildə kiçik kağızlarda sinif şagirdləri haqqında suallara cavab yazıdılar. Bununla bərabər psixoloq yeniyetməlik dövrünün dostluq münasibəti, yeniyetmənin dost anlayışı kimi bir sıra mövzulara da toxundu. Məşğələ şagirdlər arasında çox maraqla qarşılandı. Mövzu barədə şagirdlərin sualları cavablandırıldı.