Məktəbin şəhid məzunu Eyvazlı Məzdəy Əli oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

Oktyabrın 29-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Süleymanovanın təşkilatçılığı, şəhid Məzdək Eyvazlı adına 5 z sinif şagirdlərinin iştirakı ilə məktəbin şəhid məzunu Eyvazlı Məzdəy Əli oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə şəhidin anası Gülnarə Eyvazova, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdi. Şəhidin əziz xatirəsi yad edildi, şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər söylənildi.
Məzdək Eyvazlı 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə səfərbər olunmuşdur.Azərbaycan Ordusunun əsgəri olan Məzdək Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məzdək Eyvazlı 29 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda","Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalına ilə təltif edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.