Murov Fatehi Şəhid Məcidzadə Saleh Nəriman oğlunun məzarı ziyarət edildi

İbtidai sinif müəllimi Kəmalə Budaqovanın təşəbbüsü ilə, 1 E sinif şagirdləri və valideynlər vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş, Murov Fatehi Məcidzadə Saleh Nəriman oğlunun Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən məzarını ziyarət etmişlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Bundan əlavə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi