Bullinq nədir və bullinqlə necə mübarizə aparmaq lazımdır" mövzusunda maarifləndirici söhbətlər aparıldı

Oktyabrın 28-də məktəbin Psixoloqu Surayə Bayramova və Günel Ağayevanın təşkilatçılığı ilə şagirdlərlə “Bullinq nədir və bullinqlə necə mübarizə aparmaq lazımdır" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə mövzu barədə ətraflı məlumatlar verildi,bullinq anlayışının necə elmə gəldiyi də diqqətə çatdırıldı. Çıxışlardan sonra şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılmışdır. Görüşün keçirilməsində məqsəd bullinqin qarşısının alınması və bununla bağlı şagirdlərin maarifləndirilməsidir.