Görkəmli neftçi Qurban Abbasovun anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 26-da məktəbimizdə görkəmli neftçi Qurban Abbasovun anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Əklil qoyma mərasimindən sonra başlanan tədbirdə Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respubliksının Dövlət Himni səsləndirildi.

Məktəbin direktoru Aygün Hüseynova qonaqları salamladıqdan sonra Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək neftçi Qurbanın xidmətlərindən danışıdılar. ADNSU haqqında sənədli filmin nümayişindən sonra çıxış edən rektor əvəzi, dosent Vazeh Əskərov neftçi Qurban Abbasovun rəhbəri olduğu universitetin məzunu olmasından qürur hissi keçirdiyini qeyd edərək bu gün də ADNSU-nun amalının ölkə sənayesi və iqtisadiyyatı üçün yüksəkixtisaslı kadrlar olduğunu bildirdi, Məktəbimizin müəllim və şagirdlərini universitetə dəvət etdi.

Millət vəkili Səbinə Xasayevanın neftçi Qurban haqqında çıxışından sonra söz Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayevə verildi. Zalda əyləşən müharibə iştirakçıları Alışov Rəşid Mehman oğlu,Mustafayev Cavid Rəşad oğlu,Qasımov Asif Vasif oğluna təşəkükrünü bildirən Rövşən Ağayev neftçi Qurbanın Azərbaycanın neft sənayesinə göstərdiyi xidmətlərdən danışıb, ADNSU-nun neft kadrlarının hazırlanmasındakı roluna toxundu. O, məktəblilərin diqqətini tədbirdə nümayiş olunan ADNSU haqqında sənədli filmdə səslənən fikirlərə yönəldərək onları ADNSU-da təhsil almağa səslədi.

Sonra ADNSU-nun proferssoru Eldar Süleymanov neftçi Qurban haqqında xatirələrindən danışdı, onun açıq dənizdə neft çıxarılması üçün infrastrukturun yaradılmasında oynadığı mühüm roldan məlumatlar verdi.

Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəsi Fərhad Səfərov, neftçi qurbanın yaxın qohumu və prezident təqaüdçüsü Nizami Orucov çıxış edərək neftçi Qurbanın ölkənin neft sənayesindəki xidmətlərindən çıxışlar etdilər.

Tədbir ağacəkmə aksiyasının keçirilməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi