18 oktyabr Şəhidimiz kapitan Ceyhun Əhmədxanovun doğum günüdür

Oktyabrın 18-də məktəbin şəhid məzunu tibb kapitanı Ceyhun Əhmədxanovun doğum günü ilə əlaqədar olaraq məktəb rəhbərliyi, müəllimlər, 4 A sinfinin şagirdləri və valideynlər şəhidin məzarını ziyarət etmişlər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi etiramla anılmışdır. Allah şəhidlərimizə rəhmət etsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.