Məktəbimizdə "Şagird Parlamenti" yaradıldı

Oktyabrın 16-da məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Əsədova, UBTR-i Natavan Həşimova və psixoloq Surayə Bayramovanın iştirakı ilə məktəbimizdə yaradılan "Şagird Parlamenti" nin əsasnaməsi qəbul edilmiş və parlamentin üzvləri seçilmişdir. Məqsəd məktəblilərdə fəal həyat tərzinin formalaşdırılması, təşkilatçılıq, özünüidarənin əsas sirlərinin mənimsədilməsidir və məktəbdə şagirdlərin bir başa marağına toxunan, narahatçılığına səbəb olan məsələləri parlament qarşısında qaldırmaq, yaranan problemlərin həllinə nail olmaqdan ibarətdir.