“Şəxsi gigiyena qaydaları və qurd invaziyası ” mövzusunda maarifləndirici seminar keçirildi

Oktyabrın 12-də məktəbimizin tibb bacısı Sevda Məlikqasımova, Xəyalə Əliyeva və 3 saylı BŞX ASM-in əməkdaşları Fidan Bayramova, Rəna Eldarova tərəfindən məktəbin 9,10 və 11-ci sinif şagirdləri ilə “Şəxsi gigiyena qaydaları və qurd invaziyası” mövzusunda maarifləndirici seminar keçirildi. Şagirdlərə mövzu barədə ətraflı məlumatlar verildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.