“Tütünün zərəli təsirləri” mövzusunda maarifləndirici seminar keçirildi

Sentyabrın 30-da məktəbimizin tibb bacısı Sevda Məlikqasımova, Xəyalə Əliyeva və 3 saylı BŞX ASM-in əməkdaşı Fatma Atayeva tərəfindən məktəbin 9,10 və 11-ci sinif şagirdləri ilə “Tütünün zərəli təsirləri” mövzusunda maarifləndirici seminar keçirildi. Şagirdlərə tütün tüstüsünün və tütün çəkmənin zərərli təsirləri,insan orqanizminə ciddi ziyan vurduğu barədə ətraflı məlumatlar verildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.