ANIM GÜNÜ QEYD OLUDU

Elm və Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən 27 sentyabr Anım Günü ilə bağlı məktəbimizdə  tədbirlər təşkil olunmuşdur. Anım Günü ilə bağlı, “Dəyirmi masa”, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri keçirilmişdir. Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub. Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilmişdir, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunmuşdur. Bundan başqa, şagirdlərin Şəhidlər xiyabanına  ziyarəti təşkil olunub, həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi