20 SENTYABR NEFTÇİLƏR GÜNÜDÜR

Sentyabrın 20-də məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Natavan Həşimovanın,fizika müəllimi Pərvanə Ağayevanın və texnologiya müəllimi Nuranə Məmmədovanın  təşkilatçılığı ilə “Əsrin müqaviləsi -30 il” mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparıldı.  Şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi, məktəbimizin adını daşıdığı Neftçi Qurban Abbasovun həyatı, fəaliyyəti və neft sənayesindəki göstərdiyi xidmətlər barədə çıxışlar edildi. Şagirdlər Azərbaycanın Neft-qaz sənayesində çalışan mütəxəssislərini, mühəndislərini, fəhlələrini, geoloqlarını Neftçilər Günü münasibətilə neftçilərə təbrik ünvanladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi