Şagirdlərlə fövqəladə hallara dair maarifləndirici görüş keçirildi

Sentyabrın 19-da məktəbdə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbir keçirildi. Tədbirdə millət vəkili Səbinə Xasıyeva, Elm və Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Emin Mehdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etdilər. Şagirdlərə su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıldı,həmçinin fövqəladə hallar zamanı davranış, sudaboğulma, yanğın, dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzulara dair məlumat verildi. Şagirdlərlə fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici söhbətlər aparıldı. Tədbirdə sənədli film və videoçarxlar nümayiş olundu.