18 sentyabr - Milli Musiqi Günüdür

Sentyabrın 18-i  dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəyovun doğum günü - ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu məqsədlə məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Natavan Həşimova və musiqi müəllimi Xatirə Məcidova tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə Üzeyir Hacıbəyovun həyat və yaradıcılğı haqqında danışıldı, Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyini şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi