Bakının işğaldan azad edilməsinin 106-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

Sentyabrın 17-də məktəbdə Bakının işğaldan azad edilməsinin 106-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə  YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının  əməkdaşı müəllimlər və şagirdlər iştirak etdilər.Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova 106 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad etməsi barədə ətraflı məlumat verdi.Daha sonra tədbir iştirakçıları tərəfindən tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışıldı. Bildirildi ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ölkələrimizin tarixinə yazılan ən önəmli səhifələrdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi