İLK DƏRS GÜNÜ

Sentyabrın 16-da məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə rəsmi tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova qonaqları, müəllim və şagirdləri salamladı, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, şanlı Zəfər tarixi yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən danışdı.Məktəbə yeni qədəm qoyan birinciləri təbrik etdi. Sentyabrın 16-də məktəbdə bütün siniflərdə ilk dərs saatları “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olundu.