XI SİNİF MƏZUNLARINA FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNDU

İyulun 13-də məktəbin səkkiz nəfər XI sinif məzununa tam orta təhsil haqqında fərqlənmə attestatları verildi. Oxuduqları müddətdə nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 75 (yetmiş beş) baldan yuxarı bal toplayaraq beş qiymət alan aşağıda adları qeyd olunan XI sinif məzunlarına məktəbin direktoru Aygün Hüseynova tərəfindən fərqlənmə attestatları təqdim olundu.
1. Alməmmədova Zöhrə Ramil qızı- 11 D
2. Əliyeva Nəzrin İbrahim qızı- 11 D
3. Şirinli Raul Rəşid oğlu-11 D
4. Əsədova Şəbnəm Ələkbər qızı- 11 H
5. Yahyəyeva Zəhra Zamiq qızı- 11 Q
6. Cabbarlı Süleyman Aqil oğlu- 11 T
7. Mansurova Zilan Mərfət qızı- 11 T
8. Əliyev Eltun Rizvan oğlu- 11 T