MƏKTƏBDƏ “SON ZƏNG” TƏDBİRİ KEÇİRİLDİ

İyunun 14-də  məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbimizin şəhid məzunlarının valideynləri ,Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva  Qaradağ Rayon Veteranlar Şurasının sədr müavini, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Paşa Məmmədov iştirak etdilər. Dövlət himnimizin səslənməsi ilə başlanan tədbiri açıq elan edən məktəbin direktoru Aygün  Hüseynova müstəqil həyata qədəm qoyan məzunlara gələcək həyat yolunda uğurlar arzuladı. Tədbirdə valideynlər və məktəbə dəvət olunan qonaqlar üçün əyləncəli proqramlar təşkil olundu. Bir daha məzunlarımızı təbrik edir, onlara Ulu Öndərimizin bizlərə miras qoyduğu müasir  Azərbaycanımızda müvəffəqiyyətlər  arzu  edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi