Bilik yarışı keçirildi

İyunun 7-də məktəbin ibtidai sinif müəllimi Raziyyə Cəfərovanın təşkilatçılığı ilə rəhbəri olduğu 3 A sinif şagirdləri arasında intellektual yarışma keçirildi. Bilik yarışı məktəb rəhbərliyinin iştirakı ilə keçirildi.Yarışın keçirilməsində məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etmək olmuşdur. Sonda qalib komanda iştirakçıları məktəb rəhbərliyi tərəfindən sertifikatla mükafatlandırıldı.