"Təhsilverənlərin etik davranış Qaydaları”ı barədə məktəbdə çalışan təhsil işçiləri məlumatlandırıldı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cu il tarixli, KQ-07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilmişdir. Bununla bağlı məktəbin direktoru Aygün Hüseynovanın rəhbərliyi ilə iclaslar keçirildi. İclaslarda yeni qəbul olunmuş qaydalar və karrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı müəllimlərə, işçilərə ətraflı məlumatlar verildi. Bildirildi ki, yeni qaydalara əməl etmək hər bir təhsilverənin vəzifəsidir.